Goranboyda restoran yanıb
Birmərtəbəli restoranın 1 otağının lambirdən ibarət tavanı 100 kv.m sahədə yanıb.
Goranboy rayonu, Dəliməmmədli şəhərində vətəndaşa məxsus ümumi sahəsi 324 kv.m olan birmərtəbəli restoranın 1 otağının lambirdən ibarət tavanı 100 kv.m sahədə yanıb.
İnformator Fövqəladə Hallar nazirliyinə istinadən xəbər verir ki, restoranın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 06:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
