Goranboyda yanğın olub
Ümumi sahəsi 68 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyalari 24 kv.m sahədə yanıb.
Goranboy rayonu, Xan Qərvənd kəndində (rayon mərkəzindən 18 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 68 kv.m olan köməkçi tikilinin dam örtüyünün yanar konstruksiyalari 24 kv.m sahədə yanıb.
İnformator Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, köməkçi tikilinin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 02:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
