Göygöldə toyda dava
Göygöl rayonunda toyda dava düşüb.
“İnformator.az” xəbər verir ki, hadisə rayonun “Sərin” restoranında qeydə alınıb.
İlkin məlumata görə, dava zamanı 2005-ci il təvəllüdlü Şahəddin Atakişili və qardaşı bıçaqlanıb. Yaralılar Gəncənin müxtəlif xəstəxanalarına yerləşdirilib. Yaralılardan birinin vəziyyəti stabildir. Digəri isə əməliyyat edilib. Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma başlanılıb.