00:00:00
Yazar
Nigar Həsənzadə
20.02.2026 22:18 4 1 dəq oxuma
Dünya

Gürcüstan AŞPA-ya qayıtması üçün şərtlərini açıqlayıb

Gürcüstan AŞPA-ya qayıtması üçün şərtlərini açıqlayıb

Gürcüstan tərəfi Assambleyaya öz nümayəndə heyətini təqdim etməyə hazırdır, lakin bu, yalnız nümayəndə heyətinin mandatları heç bir ilkin şərt olmadan tanındığı təqdirdə mümkündür.

 

"İnformator.az" xəbər verir ki, bunu Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri və ATƏT Parlament Assambleyasındakı daimi nümayəndə heyətinin rəhbəri Nikoloz Samxaradze Avstriyada Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yeni seçilən prezidenti Petra Bayer ilə görüşdə deyib.

 

O bildirib ki, Gürcüstan nümayəndə heyətinin səlahiyyətlərini tanımaq üçün heç bir təşkilatın ədalətsiz şərtlər tətbiq etməsinə razı ola bilməz.

#xəbər #gündəm #yeni #baki #qayıtması
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər