Hüseyn Bağırov Astara şəhərində vətəndaşların qəbulunu keçirəcək
Nazir Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
Ekologiya və Təbii Sərvətlər Naziri Hüseyn Bağırov 29 may 2015-ci il tarixində saat 10:00-da Astara şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Astara, Lənkəran, Lerik, Masallı və Yardımlı rayonlarında yaşayan vətəndaşları qəbul edəcək.
İnformator xəbər verir ki, qəbula gəlmək istəyən vətəndaşlardan qeydiyyatdan keçmək üçün ekologiya.nazirliyi@gmail.com və ecologiya.nazirliyi@eco.gov.az elektron poçt ünvanları, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 168 saylı “Qaynar xətt”i, həmçinin 1 saylı Ərazi Ekologiya və Təbii Sərvətlər Şöbəsi ilə əlaqə saxlamaları (ünvan: Lənkəran şəhəri, əlaqə telefonları: 050-683-21-48, 055-792-44-42, 025-25-53-5-09) xahiş olunur.
