Hacıqabulda 25 yaşlı gənc faciəvi şəkildə ölüb
Hacıqabulda 25 yaşlı gənci elektrik cərəyanı vuraraq öldürüb.
"İnformator.az" "APA"ya istinadla xəbər verir ki, hadisə Hacıqabul rayonunun İkinci Udullu ərazi vahidinin Tağılı kəndində qeydə alınıb.
Həmin kəndin sakini, su nasosu ilə su vurmaq istəyərkən 2000-ci il təvəllüdlü Tarix Tahir oğlu Musayevi elektrik cərəyanı vuraraq öldürüb.Faktla bağlı araşdırma aparılır.
