Hatayda ikimərtəbəli evdə baş verən yanğın həyəcan təbili çalıb
Hatayın Reyhanlı rayonunun Değirmenkaşı məhəlləsində yerləşən ayrıca iki mərtəbəli evdə naməlum səbəbdən yanğın baş verib. Yanğın evin ikinci mərtəbəsində başlayaraq qısa müddətdə güclənib.
Alovları görən qonşular dərhal 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər. Hadisə yerinə cəlb olunan Hatay Böyükşəhər Bələdiyyəsinin yanğınsöndürmə briqadaları operativ müdaxilə edərək alovun ətraf əraziyə yayılmasının qarşısını alıb və yanğını nəzarət altına alaraq söndürüblər. Yanğın zamanı evdə yaşayan, o cümlədən əlil uşağı olan ailə yanğınsöndürənlər tərəfindən vaxtında və təhlükəsiz şəkildə təxliyə edilib. Hadisə nəticəsində ölən və ya yaralanan olmayıb. Yanğın evə maddi ziyan vurub. Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.
TRT XƏBƏR
Ləman Mahmudlu
