00:00:00
Yazar
Admin User
11.11.2025 17:08 115 1 dəq oxuma
Hadisə

Hindistanda avtomobil partlayışı terror aktı kimi araşdırılır

Hindistanda avtomobil partlayışı terror aktı kimi araşdırılır

Məlumata görə, hüquq-mühafizə orqanları ölkənin suverenliyini və bütövlüyünü təhdid edən terrorizmlə əlaqəli hərəkət və fəaliyyətlərin araşdırılması, təqibi haqqında qanun çərçivəsində hərəkət edir.

 

Mövzu ilə bağlı siyasi şərhçi Araz Xan “İnformator.az”a açıqlamasında bildirdi ki, partlayışı Pakistanla əlaqələndirmək istəyənlər ola bilər:

 

“Hindistan çox həssas regionda yerləşir. Bölgədə terror təşkilatlarının fəaliyyəti danılmazdır. Bu baxımdan baş verən hadisənin terror hadisəsi kimi araşdırılması təbiidir. Bundan başqa, partlayışı Pakistanla əlaqələndirmək istəyənlər də ola bilər. Nəzərə alaq ki, bir müddət əvvəl Hindistan-Pakistan savaşı məhz terror hadisəsindən sonra başlanmışdır. Amma o vaxt da Pakistan hadisənin birgə araşdırılmasını təklif etməmişdi. Düzdür, Pakistan həmin qısa müddətli savaşda Hindistanı geri oturdub, xüsusilə hava hücumunda böyük qələbə qazanıb. O baxımdan inanmıram ki, Hindistan yenidən eyni səhvi edib Pakistanı günahlandırsın”.

 

Aydan Əsgərxanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər