00:00:00
Yazar
Admin User
15.06.2025 06:19 182 1 dəq oxuma
Hadisə

Hindistanda helikopter qəzası nəticəsində altı zəvvar və pilot həlak olub

Hindistanda helikopter qəzası nəticəsində altı zəvvar və pilot həlak olub

Hindistanın şimalındakı Himalay dağlarında baş verən helikopter qəzası nəticəsində yeddi nəfər həyatını itirib.

 

"İnformator.az" APA-ya istinadən xəbər verir ki, bu barədə yerli administrasiya məlumat yayıb.

 

Rudraprayaq dairəsinin fövqəladə halların qarşısının alınması idarəsinin əməkdaşı Nandan Sinqh Radjvarın sözlərinə görə, həlak olanlar arasında altı zəvvar və pilot olub.

 

Onun bildirdiyinə görə, qəza Gaurikund meşələri üzərində, pis hava şəraiti və zəif görünmə şəraiti səbəbindən baş verib.

 

Helikopter səhər tezdən dəniz səviyyəsindən 3500 metr yüksəklikdə yerləşən Kedarnath kəndindən havaya qalxıb. Qısa müddət sonra helikopter qəzaya uğrayıb və yanmağa başlayıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər