Hindistanda İT mütəxəssisinin ölümü
27 yaşlı hindistanlı İT mütəxəssisinin avtomobilinin nişanlanmayan tikinti quyusuna düşməsi nəticəsində həyatını itirməsi Hindistanda şəhər planlaması və yol təhlükəsizliyi ilə bağlı suallar doğurub.
Keçən cümə günü, təxminən gecə yarısı, Yuvraj Mehta paytaxt Dehlinin ətrafında yerləşən Noida qəsəbəsində evinə qayıdıb. Sıx qış dumanı zamanı onun avtomobili aşağı hüdud divarına dəydikdən sonra dərin su dolu quyunun içərisinə düşüb. Bildirilir ki, bu sahə bir neçə il əvvəl qazılıb, lakin işlər yarımçıq qalıb.
Banu Məmmədova
BBC NEWS
