Əhmədli qəsəbəsində baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA
Bakı şəhərinin Xətai rayonu, Əhmədli qəsəbəsində baş verən yanğın söndürülüb.
"İnformator.Az" xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.
"Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində açıq sahədə baş vermiş yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb", - deyə məlumatda vurğulanıb.