Əhməd Davudoğlu bu gün İrana səfər edəcək
Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün İrana səfər edəcək.
Türkiyənin baş naziri Əhməd Davudoğlu bu gün İrana səfər edəcək.
İnformator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfərdə iki ölkə arasındakı iqtisadi əlaqələr müzakirə olunacaq.
\"Ə.Davudoğlunun bu gün İran prezidenti Həsən Ruhani ilə görüşəcəyi planlaşdırılır. Görüşlərin gündəmində Suriyadakı atəşkəs prosesi, PYD-nin fəaliyyəti və ikitərəfli ticarət əlaqələri olacaq.
Görüşlərdə TANAP layihəsinin də müzakirə ediləcəyi bildirilir.
Davudoğlu və Ruhani İrandan alınacaq qazın TANAP vasitəsilə Türkiyə üzərindən Avropaya nəql olunması barədə də fikir mübadiləsi aparacaqlar.
