00:00:00
Yazar
Admin User
06.10.2023 15:36 608 1 dəq oxuma
İdman

Əhməd Ələsgərov Azərbaycan futbolunda iz qoyan məşqçilərdəndir

Əhməd Ələsgərov Azərbaycan futbolunda iz qoyan məşqçilərdəndir

“Əhməd Ələsgərova ilk növbədə Allah rəhmət eləsin, Məkanı cənnət olsun. Azərbaycan futbol tarixində iz qoyan, sayılıb seçilən baş məşqçilərdəndir”.

Bu sözləri İnformator.az-a açıqlamasında “Səbail”-in baş məşqçisi Şahin Diniyev deyib. Məşqçinin sözlərinə görə, Əhməd bəy həm psixoloq, həm də bir məşqçi kimi çox böyük nüfuz qazanıb.

“Üç respublikanın Əməkdar məşqçisi idi. Mənim xoşbəxtliyim ondadır ki, onunla birgə çalışmaq fürsətinİ əldə etmişəm. Birlikdə ilk çalışdığımız komanda Neftçi komandası idi. Daha sonra, Gəncədə bir yerdə çalışdıq. Həm maraqlı, istedadlı, həm də özünəməxsus özəllikləri ilə seçilən məşqçi idi. Onun bağlı xatirələr o qədər çoxdur ki, adam bilmir hardan başlasın. Futbolçular, maliyyə, futbolun inkişafı baxımından əlindən gələni əsirgəmirdi, çox çalışırdı. Bir dəfə biz Rusiya şəhərinə oyun üçün səfər etdik. Daha sonra bizi II oyun məqsədilə başqa şəhərə apardılar. Bu dəfəki səfəri sivil yox, hərbi təyyarə ilə etdik. Birdən təyyarə silkələnməyə başladı. Uşaqlar başladılar qorxmağa. O da bizə deyirdi ki, siz necə qorxusuz a. Biraz deyindi, sonra oturdu. Təyyarə doğrudan da bizi qorxuya saldı. Əslində, Əhməd bəy özü də qorxmuşdu. Qorxmasını əlində olan qəzeti tərs tutmasından başa düşürdük. Amma çox cəsur, iradəli, ideal məşqçi idi”.

Mayıl Soltanov

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər