00:00:00
Yazar
Admin User
24.05.2025 07:41 132 1 dəq oxuma
Hadisə

Həmin körpünün tikintisində ölüm

Həmin körpünün tikintisində ölüm

Ağsu rayonunda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, mayın 23-ü saat 19 radələrində Kalva kəndinin ərazisində Qobustan rayon sakini 1964-cü il təvəllüdlü Umud Cəfərov hündürlükdən yıxılıb. Muğanlı-İsmayıllı yolunda körpü tikintisində fəhlə kimi çalışan kişi aldığı xəsarətlərdən hadisə yerində ölüb.

 

Faktla bağlı Ağsu Rayon Prokurorluğunda araşdırma aparılır.

 

Qeyd edək ki, tikintisi aparılan körpü Azərbaycanın ən uzun və hündür asma körpüsü olacaq.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər