Həmkəndlisi tərəfndən xəsarət yetirilən şəxs xəstəxanada vəfat edib
Xəstəxanaya yerləşdirilmiş R.Əliyev martın 10-da orada dünyasını dəyişib.
Göyçay rayonunun Çaxırlı kəndində kənd sakini Elşən Məmmədov münaqişə zəminində həmkəndlisi Rahib Əliyevə bıçaqla xəsarət yetirib hadisə yerini tərk edib.
İnformator Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, xəstəxanaya yerləşdirilmiş R.Əliyev martın 10-da orada dünyasını dəyişib.
Göyçay RPŞ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
