00:00:00
Yazar
Admin User
27.11.2025 18:02 102 1 dəq oxuma
Hadisə

Honkonqda çoxmərtəbəli kompleksdə dəhşətli yanğın

Honkonqda çoxmərtəbəli kompleksdə dəhşətli yanğın

Honkonqda iri yaşayış kompleksində baş verən güclü yanğın 83 nəfərin həyatına son qoyub, yüzlərlə sakin isə hələ də itkindir. Yanğın başlanandan bir gündən çox keçməsinə baxmayaraq, kompleksdəki iki bina hələ də alov içindədir. Xilasedicilər yüksək temperatur səbəbindən çətinliklə işləyirlər.

 

Yanğın Tai Po rayonunda yerləşən, 4 mindən çox sakinin yaşadığı Wang Fuk Court kompleksində başlayıb. Binalar təmir səbəbindən bambuk skafoldinq və torlarla örtülü olduğundan, alovun sürətlə yayılması ehtimal edilir. Hadisənin səbəbi məlum olmasa da, cinayət işi başlanılıb. İlk zəng yerli vaxtla saat 15:00-dan az əvvəl daxil olub.

 

Cnn News

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər