00:00:00
Yazar
Admin User
26.11.2025 17:58 106 1 dəq oxuma
Hadisə

Honq Konqda yanğın baş verib

Honq Konqda yanğın baş verib

Hakimiyyət orqanlarının məlumatına görə, Honq Konqda baş verən yanğında ən azı 36 nəfər həlak olub, 279 nəfər isə hələ də itkin düşmüş hesab olunur.

 

Honq Konqun Tai Po bölgəsində yaşayış binalarını əhatə edən iri miqyaslı yanğında azı 36 nəfər həlak olub, 279 nəfər isə hələ də tapılmayıb.

 

Təxminən 700-dən çox yanğınsöndürən hadisə yerindədir və 4,600 nəfərin yaşadığı Wang Fuk Court kompleksindəki alovu söndürməyə çalışırlar.

 

Yerli mediasının məlumatına görə, gecə saatlarında davam edən təcili xilasetmə işləri zamanı bir körpə və yaşlı bir qadın xilas edilib.

 

Hökumət, yanğınla mübarizə zamanı həlak olan 37 yaşlı yanğınsöndürənə ehtiramını bildirib və onu “fədakar və cəsur” kimi xarakterizə edib.

 

BBC-yə danışan yerli deputatın sözlərinə görə, sakinlər binada olan yaxınları ilə əlaqəni itirdikləri üçün yerli orqanlardan yardım istəyirlər.

 

Yanğın Honq Konqda ən ciddi kateqoriya olan 5-ci səviyyə kimi qiymətləndirilib.

 

Mənbə: BBC news 

Ayisə Şərifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər