00:00:00
Yazar
Admin User
06.09.2023 17:40 319 3 dəq oxuma
Sosial

Hərbi sirlərin yayılması ciddi risklər yaradır

Hərbi sirlərin yayılması ciddi risklər yaradır

Hərbi sirlər bəzən vətəndaşlar tərəfindən yayılır. Bunun hər nə qədər yayılmaması gərəkdiyi deyilsə də bu hal ilə tez-tez rastlaşırıq. Bəzən vətəndaşlar gördükləri, şahid olduqları və ya necəsə əldə etdikləri məlumatları yazı və ya şəkil/video formasında sosial mediada bölüşür. Bu isə problemlərə, hətta bəzən təhlükəyə səbəb ola bilər. Buna görə də belə məlumatlar sosial mediaya ötürülməli deyil və bunun qarşısı alınmalıdır. Bu barədə Konflikt Jurnalistikası Məktəbinin rəhbəri Əlisafa Mehdi və Bakı Dövlət Universitetinin Yeni Media və Kommunikasiya Nəzəriyyəsi kafedrasının rəhbəri Xatirə Hüseynova İnformator.az saytına məlumat verib. Onlar bizi maraqlandıran sualları cavablandırıb.

 

Hərbi sirrlərin vətəndaşlar tərəfindən yayılmasının qarşısını necə almaq olar? sualına Əlisafa Mehdi belə cavablandırdı: "Hərbi sirr nəyə deyirsiniz? Sirr onu qorumalı olanın məsuliyyətidir. Jurnalist, ya qeyri kimsə o sirri bilirsə, artıq o sirr deyil. Vətəndaşın sirri əldə etmək imkanı necə mümkün ola bilər ki?Konkret savaş meydanından çəkib yayım edənləri ora buraxanlar məsuliyyət daşıyırlar. Əgər bu xəbər dağımını hərbi qulluqçular ediblərsə, yenə də Müdafiə Nazirliyi məsuliyyət daşıyır ki, media savadlılığı kursu keçməyib. Vətəndaş yalnız hərbi sirr anlayışını biləndən sonra milli təəssübkeşlik hissləri ilə xəbəri yaymaya bilər. Hərbi texnikanın, silah-sursatın dislokasiya yerini dəyişməsi görüntülərinin yayımlanması fəlakət deyil. Bu dəqiqə sputnikdən evimizin içini də izləyirlər".

 

Media savadlılığı məsələsi hələ də məktəblərdə dərs olaraq keçirilmir. Mütəxəssislər hesab edirlər ki, media savadlılığı vətəndaşlara məktəb yaşlarından aşılanmalıdır. Bəs niyə bu barədə Təhsil Nazirliyinə müraciət edilmir? Əlisafa Mehdi hesab edir ki, vətəndaşların media savadlılığı kursunu keçmək üçün hökumət maraqlı olmalıdır: "QHT Agentliyi, Media Agentliyi, Gənclər Fondu müsabiqələr elan etməlidirlər. Güc qurumları media yükümlüləri ilə seminarlar keçməlidirlər. Bunun üçün də media savadlılığını tədris edəcək mütəxəssis heyətləri yaradılmalıdır. Məsələn "Konflikt Jurnalistikası Məktəbi" kimi. Niyə Yakutiyada şaxtada, tufanda işıq sönmür? Çünki, onlar hər an o tufanla döyüşürlər. Bizdə hələ dövlət bünövrəsi bərkiməyib. Milli ideoloji kurs formalaşmayıb. Bu sayaq QHT-lər də yetərincə təmin edilmirlər. Təhsil nazirliyi bizi saymır, başqa şey sayır. KJM bütün dediklərin üçün ortaya yetərli qədər media mütəxəssisi qoya bilər. Amma, ancaq, lakin.... "

 

Xatirə Hüseynova deyir ki, hərbi sirlərin yayılmasının qarşısını almaq üçün hər bir vətəndaş öz məsuliyyətini hiss etməlidir: "Yaşadığımız texnoloji çağda əlində ağıllı telefon olan hər bir kəs potensial informasiya ötürücüsü və daşıyıcısıdır. Cəbhə bölgəsinə hansısa texnikanın daşınmasının, canlı qüvvənin yerdəyişməsinin şahidi ola bilərsiniz. Gördüklərinizi çəkib sosial şəbəkədə diqqət cəlb etmək məqsədilə paylaşarkən istəyərək və ya istəməyərək hərbi sirrin yayılmasına səbəb ola bilərsiniz. 44 günlük müharibə dönəmində sosial şəbəkələrdə "tanış MAXE" ifadəsilə başlayan xəbərlərin yayıldığını yaxşı xatırlayarsınız. Yaxın çevrənizdə, qohumlarınızda hərbi şəxslərin hansı bölgəyə getdiyini, sizə nə dediyini paylaşmaqla da belə xətalara yol verə bilərsiniz. Bir sözlə, araşdırmadığımız, rəsmi təsdiqini tapmadığımız, şübhəli mənbələrdən aldığımız məlumatları tirajlamağa tələsməyək. Bütün bu neqativ halların qarşısını almaq üçün yeniyetmə və gənclər mediasavadlı olmalıdırlar. Media savadlılığı insanlara eşitdiyi, oxuduğu bütün informasiyanı olduğu kimi qəbul etməməyi, tənqidi təfəkkürün süzgəcindən keçirməyi, sorğulamağı, faktları digər mənbələrdən yoxlamağı öyrədir. Media savadlı istifadəçi həm informasiya axınında doğru, dəqiq, təsdiqlənmiş məlumatı seçə biləcək, həm də faydalı yeni kontent yarada biləcək".

 

Xatirə Hüseynova hesab edir ki, bu məqsədlə media savadlılığının bir fənn olaraq orta məktəblərdə də tədrisi çox önəmlidir: "Çünki yeniyetmələr istər tədris prosesində, istər asudə vaxtlarında daim media vasitələrindən istifadə edirlər. Onların çirklənmiş media mühitinin məngənəsinə düşməmələri, terror, nifrət nitqi, zorakılıq məzmunlu informasiyaların təsirinə məruz qalmamaları üçün mediasavadlılığı vacibdir. Xarici təcrübədə orta məktəblərdə mediasavadlılığı tədris olunur. Tezliklə Azərbaycan məktəblərində də bu təcrübə yayılsa, gənc nəsil mediadan daha peşəkar formada istifadə edə bilər. Elə ali məktəblərdə də ixtisasından və peşəsindən asılı olmayaraq gənclər mediasavadlılığına yiyələnsələr sosial şəbəkələrdən savqdlı istifadəni öyrənər, paylaşımlarında daha diqqətli və seçici olarlar".

 

Məryəm Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər