00:00:00
Yazar
Admin User
10.01.2024 09:08 418 1 dəq oxuma
İdman

İkardinin cavab oyunu açıqlanıb

İkardinin cavab oyunu açıqlanıb

"Qalatasaray"ın argentinalı ulduzu Mauro İkardinin zədəsinin nə vaxt sağalacağı və hansı matçda meydana dönəcəyi bəlli olub.

 

Qalatasaray Fənərbaxça derbisində aldığı zərbə nəticəsində üz sümüklərində sınıq yaranan Mauro İkardinin bir müddət oynamayacağı klubdan açıqlanıb.

 

Həm üzündəki sınıq, həm də ayağındakı zədə səbəbindən dincəlməyə ehtiyacı olan argentinalı hücumçunun Superliqanın 21-ci həftəsində Trabzonspor derbisində formasına dönəcəyi gözlənilir.

 

Plastik cərrahlar və qulaq-burun-boğaz həkimləri futbolçunun üzünə endirilən zərbələrdən sonra daha böyük sıxıntı yaşaya biləcəyini ifadə edərkən, onun heç bir əməliyyata ehtiyacı olmadığı da deyildi. Ulduz futbolçunun üzündəki sınıqların sağalacağı gözlənilsə də, oyunçu riskə atılmayacaq.

 

Ulduz futbolçu bu müddət ərzində Superliqada "Sivasspor" və "Kayserispor"la, Türkiyə kubokunda isə "Ümraniyespor"la matçlarda iştirak edə bilməyəcək.

 

Mənbə: NTV Spor

Tərcümə edən: Zəhra Həsənova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər