İki avtomobil toqquşub: bir ölü, bir yaralı
Kürdəmir rayonunun Karrar kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Kürdəmir rayonunun Karrar kəndində yol-nəqliyyat hadisəsi baş verib.
Kürdəmir rayonunun Karrar kəndində Göyçay şəhər sakini Çingiz Babayevin idarə etdiyi “Nissan” və Bakı şəhər sakini Röyal Məmişovun idarə etdiyi “KamAZ-5511” markalı avtomobillər toqquşub. Ç.Babayevin sərnişinlərindən Bakı şəhər sakinləri Suraxanım Məmmədova hadisə yerində ölüb, digər sərnişini isə xəstəxanaya yerləşdirilib.
BDYPİ tərəfindən araşdırma aparılır.
