00:00:00
Yazar
Admin User
14.11.2015 11:10 694 1 dəq oxuma
Hadisə

İki minik avtomobili qəza törədib

Bakı-Şamaxı-Qazax yolunun 126-cı kilometrliyində iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.
İki minik avtomobili qəza törədib

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şamaxı rayonu, Bakı-Şamaxı-Qazax yolunun 126-cı kilometrliyində iki minik avtomobilinin toqquşması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.

İnformator FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Yanğınsöndürən-xilasedicilər qəza nəticəsində deformasiyaya uğramış minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil verib.

Əməliyyat saat 13:55-də başa çatıb.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər