İki minik avtomobili qəza törədib
\"Niva\" və \"Mercedes\" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Goranboy rayonunda \"Niva\" və \"Mercedes\" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-nəqliyyat qəzası baş verib.
İnformator xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş qüvvələri xilasetmə işlərinə başlayıb. Hadisə yerində \"Niva\" markalı minik avtomobilində olan sərnişin 1964-cü il təvəllüdlü Təhməzov Zeynal İmran oğlunun cəsədi yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 01:37-də başa çatıb.
