İki yük avtomobili toqquşub
İki yük avtomobilinin toqquşması sərnişinin həyatına son qoyub
Bakı-Qazax avtomobil yolunun 43-cü kilometrliyində "SHACMAN" və "QAZ" markalı 2 yük avtomobilinin toqquşub.
İnformator xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasında hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Hadisə yerinə baxış zamanı məlum olub ki, "QAZ" markalı avtomobildə olan sərnişin hadisə yerində vəfat edib. Xilasedicilər deformasiya uğramış avtomobildən sıxılmış vəziyyətdə qalmış meyiti çıxarmış və aidiyyətı üzrə təhvil verib.
Əməliyyat saat 07:47-də başa çatıb.
