İkimərtəbəli yaşayış evi yanıb
Kərimbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 660 kv.m olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Salyan rayonu, Kərimbəyli kəndində vətəndaşa məxsus ümumi sahəsi 660 kv.m olan ikimərtəbəli 8 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.
İnformator Fövqəladə Hallar nazirliyinin saytına istinadən xəbər verir ki, ona bitişik ev yanğından mühafizə olunub.
Yanğın saat 01:17-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
