00:00:00
Yazar
Admin User
26.01.2026 19:34 76 1 dəq oxuma
Siyasət

İlham Əliyev uzaqgörən liderdir

İlham Əliyev uzaqgörən liderdir

Azərbaycan Prezidenti İlham Əliyev ölkəni təsiredici nailiyyətlərə aparan uzaqgörən liderdir.

 

"İnformator.az" xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar Bakıya səfəri ilə bağlı fikirlərini bölüşərkən bildirib.

 

“Bakıda çox gözəl bir görüşümüz oldu və mən Prezidentə Azərbaycandakı yəhudi icmasına göstərdiyi dostluq və dəstəyə görə təşəkkür etdim.

 

Mən Bakıya müxtəlif sahələri təmsil edən İsrail şirkətləri və iqtisadi təşkilatlardan ibarət yüksək səviyyəli biznes və iqtisadi nümayəndə heyəti ilə gəlmişəm. Bizim ümumi məqsədimiz enerji, müdafiə, su təsərrüfatı, kənd təsərrüfatı, turizm və digər sahələrdə tərəfdaşlığı daha da dərinləşdirməkdir.

 

Biz strateji münasibətlərimizi möhkəmləndiririk!” – deyə G.Saar qeyd edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər