00:00:00
Yazar
Admin User
19.05.2015 11:26 855 1 dəq oxuma
Siyasət

İlham Əliyev yol açılışında iştirak edib

İlham Əliyev yol açılışında iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 19-da Bakı Olimpiya Stadionu ətrafında inşa olunan yol-nəqliyyat infrastrukturunun açılışında iştirak edib.

Prezident İlham Əliyev əvvəlcə Bakı Olimpiya Stadionu ətrafında aparılan abadlıq işləri ilə tanış olub.

Olimpiya Stadionu ətrafında 82 min kvadratmetrlik ərazidə geniş yaşıllıq sahəsi salınıb. 68 min tamaşaçı tutumlu stadiona Olimpiya normativlərinə əsasən insanların daha çox piyada və ictimai nəqliyyatla gəlməsi nəzərdə tutulub ki, bunun üçün də ərazidə 3 min 100 yerlik avtomobil parkı inşa edilib. Bu nəhəng idman qurğusu müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçilir və şəhərimizdə həyata keçirilən quruculuq işlərinə bir töhfədir.

Nəqliyyat naziri Ziya Məmmədov görülən işlərlə bağlı dövlətimizin başçısına məlumat verib.

Azərbaycan Prezidenti yolun rəmzi açılışını bildirən lenti kəsib.

Prezident İlham Əliyev ərazidə piyadalar üçün nəzərdə tutulan yol ilə də tanış olub. Bildirilib ki, ərazidə uzunluğu 900 metrə, eni isə 30 metrə yaxın olan piyada yolu inşa edilib, yol üzərində iki tunel tikilib. Yolun qapalı hissəsinin uzunluğu 92, açıq hissəsinin uzunluğu 691 metrdir. Piyadalar üçün nəzərdə tutulan yolda 115 metr uzunluğunda kompleksə daxil olan üçüncü körpü də inşa olunub. Tuneldən keçən yollar Bakı Olimpiya Stadionu ilə Olimpiya şəhərciyini birləşdirir. Yarışları izləmək üçün avtobuslarla əraziyə gələn tamaşaçılar bu piyada yolu ilə Bakı Olimpiya Stadionuna rahat hərəkət edəcəklər.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər