00:00:00
Yazar
Admin User
29.03.2016 10:16 1260 1 dəq oxuma
İqtisadiyyat

İlham Əliyevdən yeni – TƏYİNAT

Prezident sərəncam imzaladı
İlham Əliyevdən yeni – TƏYİNAT
Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə Nigar Ramiz qızı Məmmədova Maliyyə Bazarlarına Nəzarət Palatası publik hüquqi şəxsin Direktorlar Şurası sədrinin müavini təyin edilib.
 
İnformator az. APA-ya istinadən xəbər verir ki, Nigar Məmmədova 1973-cü ildə Bakı şəhərində anadan olub. Bakı Dövlət Universitetinin Tətbiqi riyaziyyat fakültəsini və Amerika Birləşmiş Ştatlarında Brandeys Universitetinin maliyyə üzrə magistr pilləsini bitirib.
 
Əmək fəaliyyətinə Azərbaycan Mərkəzi Bankında başlayan Nigar Məmmədova müxtəlif vəzifələrdə çalışıb və Bazar əməliyyatları departamentinin direktoru vəzifəsinədək yüksəlib.
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər