İlin bombardiri-Ronaldo
Ötən gün 2 dəfə penaltidən fərqlənərək 2023 təqvim ilindəkini qollarının sayını 53-ə çatdıran portuqaliyalı hücumçu Kriştianu Ronaldo ilin ən çox qol vuran futbolçusu olub.
Onun ən yaxın izləyiciləri Harri Keyn və Kilian Mbappenin 52 qolu var. 50 qolu olan Mançester Sitinin hücumçusu Erlinq Holand bu sıralamada 3-cü yerdə qərarlaşıb.
39 yaşlı portuqaliyalı ulduzun şəxsi rekordu 2013-cü ilə aiddir. 69 qol.
Qeyd edək ki, bir il ərzində ən çox qol vuran futbolçu 91 qolla argentinalı dünya çempionu Lionel Messidir. O bu rekorda 2012-ci ildə imza atıb.
Müzəffər Quluzadə
