00:00:00
Yazar
Admin User
27.09.2025 14:40 156 1 dəq oxuma
Hadisə

İmişlidə toyda zəhərlənənlərdən 4-nün müalicəsi davam edir

İmişlidə toyda zəhərlənənlərdən 4-nün müalicəsi davam edir

İmişlidə toyda zəhərlənənlərdən 4-nün müalicəsi davam edir.

 

"İnformator.az" "Report"un Muğan bürosuna istinadən xəbər verir ki,24.09.2025-ci il tarixində saat 14:10 radələrindən etibarən zəhərlənmə şübhəsi ilə 74 nəfər (8-i uşaq olmaqla 35-i kişi, 4-ü uşaq olmaqla 39-u qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə hospitalizasiya olunub.

 

Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.

 

Vəziyyəti ağır qiymətləndirilən 5 nəfər (2-si kişi, 3-ü qadın) Kliniki Tibbi Mərkəzə təxliyyə edilib. Vəziyyəti qənaətbəxş qiymətləndirilən 61 nəfər (31-i qadın, 30-u kişi) ambulator müalicə üçün evə buraxılıb. 4 nəfər isə iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.

 

Müalicələri davam etdirilən 4 nəfərin vəziyyəti sabit qiymətləndirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər