00:00:00
Yazar
Admin User
25.06.2025 11:55 166 1 dəq oxuma
Hadisə

İmtahandan qayıdan müəllimlər qəzaya düşüblər

İmtahandan qayıdan müəllimlər qəzaya düşüblər

Bu gün Gəncə şəhərində dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"İnformator.az" "Qafqazinfo"ya istinadla xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində qeydə alınıb.

VAZ-2107 markalı avtomobilin "Ford" markalı maşınla toqquşması nəticəsində Şəmkir rayon sakinləri - 1967-ci il təvəllüdlü Rəna Əhmədova, 1969-cu il təvəllüdlü Məlahət Eyyubova, 1991-ci il təvəllüdlü Zəkiyə Heydərova və 1985-ci il təvəllüdlü Vasif Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdiriliblər, vəziyyətləri kafidir.

Qəzaya düşən şəxslər Şəmkir rayon Sabir kənd orta məktəbinin müəllimləridir. Onlar müəllimlərin Gəncədə keçirilən sertifikasiya imtahanında iştirak etmək üçün Şəmkirdən qayıdırmışlar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər