İndoneziya Rusiya ilə Su-35 təyyarələri üçün müqavilə imzalayacaq
Moskva və Cakarta apreldə Rusiyanın 10 Su-35 Flanker çoxməqsədli təyyarələrinin İndoneziyanın F-5 Pələng donanması ilə dəyişdirilməsi ilə bağlı müqavilə imzalayacaq.
İnformator.az xəbər verir ki, bu haqda Cakartanın “Globe” nəşri məlumat yayıb.
“Bizim təyyarələrə ehtiyacımız var, amma ilk mərhələdə onu alınacaq”, - İndoneziyanın müdafiə naziri Ryamirzad Ryacudu deyib.
İndoneziyanın hazırda 1980-ci ildə xidmətə qəbul edilmiş 16 ədəd F-5 döyüş təyyarələri var. 4 Su-35 təyyarəsi Rusiyanın terrorizmlə mübarizə kompaniyası çərçivəsində Suriyaya səfərbər edilib.
4++ nəsil Su-35 təyyarələri manevretmə qabiliyyəti və 5-ci nəsl təyyarələrin xüsusiyyətlərini daşımaqla xarakterizə edilir. Təyyarənin müasir radar və inkişaf etdirilmiş mühərrik sistemi var. Təyyarə saatda 2400 km uça bilir və yavaşlamadan müxtəlif fəndləri yerinə yetirir. Bu xüsusiyyətləri ilə öz nəslinə aid təyyarələri geridə qoyub. Təyyarə 30 mm silah, raket və mərmilərlə təchiz olunub.
