“İnter” “Çelsi”nin futbolçusu ilə maraqlanır
“Çelsi”nin hücumçusu Kristofer Nkunku karyerasını “İnter”də davam etdirə bilər.
"İnformator.az" "İdmanxeber.az" a istinadən zəbər verir ki, Milan klubu 27 yaşlı fransalı futbolçu ilə maraqlanır. Oyunçunun hazırkı müqaviləsi 2029-cu ilə qədərdir.
“Transfermarkt” portalı oyunçunun dəyərini 35 milyon avro qiymətləndirir.
2024/25 mövsümündə Nkunku bütün yarışlarda 47 matçda iştirak edib, 15 qol vurub və 5 məhsuldar ötürmə edib.
