00:00:00
Yazar
Admin User
01.04.2015 10:49 575 3 dəq oxuma
Sosial

İntihar bir anda yaranmır

İntiharı yaradan səbəblər sırasına depressiyadan tutmuş, vitamin çatışmamazlığı, qidalanma, həyat tərzi və digər onlarla amil daxildir.
İntihar bir anda yaranmır

Gülnara İnanc, «Etnoqlobus» Beynəlxalq onlayn mərkəzinin direktoru, Şəxsiyyətin formalaşması üzrə trener



İntiharı yaradan səbəblər sırasına depressiyadan tutmuş, vitamin çatışmamazlığı, qidalanma, həyat tərzi və digər onlarla amil daxildir.


Ən təhlükəlisi isə mediada intiharın kultivasiya edilməsi və spekulyasiya alətinə çevrilməsidir. Ədəbiyyatda intihar bir qəhrəmanlıq, nakam sevgidən yeganə çıxış yolu kimi görülür.

Əgər uşaq məktəb illərində Vilyam Şekspirin əsərləri ilə böyüyürsə, onun üçün çətinliklər qarşısında intihar etmək bir qəhrəmanlığa, təqdir obyektinə çevirir.  İntihar faktının Azərbaycanda sevililər günü ilə identikləşməsi də intihara təhrik və təqdir olunmasının nümunəsidir.

Bir neçə il əvvəl Qarabağ əlili intihara cəhd zamanı həyatını  itirmişdi və onun ailəsi dövlət tərəfindən nəzarətə alınmışdı.  Mətbuat bu hadisəni spekulyasiya alətinə çevirdi və bir-birinin ardınca  sosial zəmində intihar hallarına cəhd oldu. Hətta bu məsələni məzəyə çevirərək “facebook” səhifələrində yazırdılar ki, kimin problemi varsa intihara cəhd etsin.

Əgər insanın fikirlərinin maddi olduğunu və bizim düşəncələrimizin ümumi informasiya bazasına qoşulduğunu nəzərə alsaq, biz intihar haqda zarafatla belə düşünəndə dünyanın başqa bir başında depressiyada olan və ölümünü gözləyən bir insanı intihara təhrik edirik.

Əgər psixoloji travma kritik hal almayıbsa, intihara cəhd edən adamı bu yoldan çəkindirsən, o , bir daha həyatla vidalaşmaq istəməyəcək.

Adətən , intiharın sosial problemlərdən yaranması ilə bağlı fikirlər var. Amma sosial cəhətdən təmin olunmuş, uğurlu insanlar arasında da intihar halları baş verir.

İnsan həyatdan, cəmiyyətdən, yaxınlarından gözlədiklərini ala bilmir, onun üçün gələcək mövcudluğunu itirir, yalnız bu an yaşadığı halın  çıxılmazlığı qalır. Belə bir fikir var ki, dindar  insanları onların etiqadı intihar haqda fikirləşməyə imkan vermir.  Bu yaxınlarda, dindar bir qadın mənə dedi : “Elədir, namaz vaxtı göyün 7-ci qatında olursan, uçmaq istəiyrsən. Amma namaz bitəndən sonra probleminə çıxış yolu tapa bilmirsən və insan ölmək istəyir ki, bunun bir sonu olsun.”

Hər bir konkret intihar faktı və intihara cəhd ilə işləmək lazımdır. Azərbaycanda psixoloji yardım, şəxsiyyətin inkişafı sahəsində çalışan mərkəzlər demək olar ki, olmadığı üçün  insan problemi ilə təkbətək qalır.  İnsanların psixoloji davamlılığı müxtəlifdir. Biri üçün ailədəki münaqişə , digəri üçün borcları, başqası üçün sevgilisi ilə münasibətlərninin bitməsi və daha nələr , nələr…

İnsanlara problemləri önləmək üçün lazım olan  biliklər verilməli, artıq problemlə üzləşəndən sonra onu necə aşmaq  haqda təlimlər verilməlidir. Azərbaycanda ailə institutu valideynlərlə uşaqlar arasında , ərlə-arvad arasında sərhəd qoyur. Hamı öz problemini  içində çəkir və problem get-gedə böyüyür. İntihar bir anda yaranmır, ona itələyən səbəb uşaqlıqdan gələ bilər, ağır psixoloji travmanın nəticəsi ola bilər. Məlum olduğu kimi ruhi xəsitəliklərə eynilə qrip kimi, immunitetimiz zəifləyən kimi hər birimiz tutula bilərik.

İntihara cəhd edən insanlarda psixi travmaların olub –olmadığı araşdırılmalıdır. Hadisə baş verən kimi hər kəs yalnız üzdə olanı görür- sosial problem, ailə münaqişəsi və sair.

İllərlə depressiyada olan, psixoloji problemlərini psixi xəsitəliklərə çevrilən insanlar aramızda saysızdır. Onların davranışları və danışıqlarında bu təzahür edir. Kimdəsə bu infantillik, kimdəsə ifrat aqressiya formasında üzə çıxır. Həmişə gülüb-danışan insanların bu «həyatsevərliyinin» arxasında ağır depressiyanın dayandığını müşahidə etmək olar.

Diqqət etsək cəmiyyyətdə insanlar ancaq danışırlar, heç kəsi eşitmirlər.  Müasir texnologiyalar insanları canlı ünsiyyətdən uzaqlaşdırır və depressiyaların daha da ağırlaşmasına gətirir. Ünsiyyət zamanı isə enerji mübadiləsi baş verir və aqressiya get-gedə sönür, problem unudulur.

Mənim tanıdığım 40-45 yaşlı bir qadın ölümünü gözləyir. Ona dəfələrlə yardımımı və dəstəyimi təklif etmişəm. İmtina edib. Ətrafımızda nə qədər belə insanın olduğunu bilmirik.  Fikir versəz görərsiz ki, insanlarımızda əyləncəyə və eyş-işrətə, alış-verişə meyl artıb. Bunun səbəblərindən biri də odur ki, insanlar bununla depressiyalarını dağıtmaq istəyir. Amma bunların təsiri müvəqqətidir, qısa müddətdən sonra yenə də depressiya və onun- insanın həm fiziki  bədənində, həm də ruhunda təzahür edir.

Depressiyaya düşməmək üçün ən rahat yol imkanına görə yaşamalı, borc almamalı, ətrafınla ünsiyyət qurmalı, cəmiyyətə yararlı olmalı.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər