00:00:00
Yazar
Admin User
10.01.2026 10:25 82 1 dəq oxuma
Hadisə

İpotekaya yararlı mənzillər bahalaşıb

İpotekaya yararlı mənzillər bahalaşıb

İpoteka predmeti olan daşınmaz əmlakın qiymətində ciddi artım müşahidə olunur.

 

"İnformator.az" xəbər verir ki, Qiymətləndiricilər Cəmiyyətindən verilən məlumata görə hazırkı bazarda 200 min manat dəyərində daşınmaz əmlakın qiymətində son altı ayda beş-yeddi min manat arası artım müşahidə olunur. Qiymətlər isə mənzilin sahəsinə və yerləşdiyi yerin bazar dəyərinə uyğun olaraq hesablanır.


Əmlak və inşaat məsələləri üzrə ekspert Elnur Azadov bildirib ki, bazarda müşahidə olunan qiymət artımına paralel olaraq əgər daşınmaz əmlak ipoteka şərtlərinə uyğundursa, qiyməti bir az da artır ki, buna da səbəb mənzilin təklif edilən qiymətə daha tez satılmasıdır.

 

Elnur Azadovun sözlərinə görə, bir və iki otaqlı mənzillərdə qiymət artımı daha çoxdur.


Ekspert bildirib ki, şəhər daxilində aparılan abadlıq və quruculuq işləri ilə əlaqədar olaraq bazarda tələbin təklifi üstələməsi də qiymət artımına səbəb olan amillərdən biridir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər