00:00:00
Yazar
Admin User
23.09.2025 19:07 124 2 dəq oxuma
Siyasət

“İran balanslı siyasətə üstünlük verir”

“İran balanslı siyasətə üstünlük verir”

İran Prezidenti Məsud Pezeşkian gələn həftə BMT Baş Assambleyasının iclasında iştirak etmək üçün Nyu-Yorka səfər edəcək.

 

Mövzu ilə bağlı AĞ partiya başqanının müavini, beynəlxalq əlaqələr üzrə şərhçi Cavanşir Abbaslı “İnformator.az”a açıqlamasında bildirib ki, Məsud Pezeşkian hakimiyyətə gəldikdən sonra ABŞ ilə münasibətlərə də ciddi önəm verməyə başlayıb:

 

“Bundan əvvəl də Vaşinqtona səfəri olub və bu səfərdə bölgədə ciddi rezonans doğurub, amma o səfərdən sonra biz İsrail-İran savaşının şahidi olduq. Həmin savaşda da Amerikanın birbaşa İsrailin arxasında dayandığına dünya şahidlik edib. Yəni görünən odur ki, Amerika başda olmaqla kollektiv Qərbi İranda Prezidenti özünə daha yaxın hesab edir. İstənilən halda Məsud Pezeşkianın bu səfəri də ciddi, önəmli səfərlərdən biri olacaq. Əslində bununla İran dolayısı ilə Amerikaya mesaj verir ki, bu İsraillə savaşda daha çox balans qorusun. Yəni İsrailin arxasında bir o qədər dayanmasın. Düşünürəm ki, bu səfər, o niyyətlə edilmiş səfərlərdən biri sayılır. Açığı etiraf edək ki, Məsud Pezeşkian müstəqil şəkil də Amerikaya səfər edə bilməz, hökmən Ali Dini Rəhbərlə bunu məsləhətləşib yekun qərar verirlər və belə bir səfər reallaşır. İstənilən halda hesab edirəm ki, İran regionda Rusiya ilə yaxın münasibətlərini qorumağın fonunda Amerika ilə münasibətlərə can atır. Bir növ İran ikibaşlı, balanslı siyasətə üstünlük verir. Bu da hazırda İran üçün ən doğru siyasət kimi qəbul olunmalıdır. İran təbii ki, regionda baş verənlərlə bağlı mövqeyini istər-istəməz yenə də səsləndirəcək”.

 

Həmçinin şərhçi qeyd edib ki, İran Zəngəzur dəhlizi ilə bağlı öz mövqeyini yenə də irəli sürəcək:

 

“Hələ ki, İran açıq şəkildə Zəngəzur dəhlizinin açılmasında marağı olduğu barədə mövqe sərgiləmir. Hələ də bu dəhlizin açılmasına maneə olmağa çalışır. Yenə də bu fikirlərin üstündə hardasa qalacaq, amma istənilən halda regionda Amerika ilə münasibətlərinin olmasınıda irəli çəkəcək. Təkcə Rusiya ilə yaxın olmaq fikrin də bir dövlət olmadığını dünyaya bəyan edəcək. Sözsüz ki, bu səfərin də nəticələri Amerika-İran münasibətlərində bəlkə də bir əsən soyuq küləklərin səngiməsinə səbəb ola bilər. Başqa bir nümayəndə də İran rəsmisi göndərilə bilərdi, amma İran Prezidenti Məsud Pezeşkianın özü gedirsə demək bu İrandan Amerikaya doğru atılmış bir “barışıq” cəhdidir. İstənilən halda düşünürəm ki, bu səfərin region üçün də əhəmiyyəti böyük ola bilər. Ən azından qarşıdakı zamanda İsrail-İran savaşının yenidən təkrarlanmaması üçün bir yaşıl işıq yandıra bilər, yaxud da yaxın gələcəkdə yox, uzaq gələcək də bu savaşın ömrünü uzada bilər. Regiondakı heç bir savaş Azərbaycan üçün arzuolunan deyil”.


Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər