00:00:00
Yazar
Ayan Sədi
20.07.2026 22:42 33 1 dəq oxuma
Dünya

İran-Pakistan münasibətləri və yeni əlaqələr axtarışı

İran-Pakistan münasibətləri və yeni əlaqələr axtarışı

İranın daxili işlər naziri bu gün İslamabada səfər edəcək. Səfər çərçivəsində iki ölkə arasında təhlükəsizlik, sərhəd əməkdaşlığı və regional məsələlərin müzakirə olunacağı gözlənilir.

 

Mövzu ilə bağlı politoloq Əziz Əlibəyli “İnformator.az”a açıqlamasında bildirib ki, Pakistan Səudiyyə Ərəbistanı ilə hərbi müttəfiqliyi səbəbindən bölgədə vasitəçilik etməyə çalışır:

 

“Bilirsiniz, İran-Pakistan münasibətlərinin kökündə nə dayanır? Əslində, İran ərəb ölkələrini bombaladıqca Pakistan çox ciddi təzyiq altında qalıb. Çünki Pakistanın Səudiyyə Ərəbistanı ilə hərbi müttəfiqlik müqaviləsi var və Səudiyyə Ərəbistanına edilən xarici hücum Pakistana edilmiş xarici hücum səviyyəsində qiymətləndirilir. Bu səbəbdən Pakistanın prosesə qoşulması məcburi olub.

Məhz buna görə də Pakistan iki dəfə xəbərdarlıq edib ki, bu hücumlar Səudiyyə Ərəbistanına qarşı davam etdikcə, onlar da cavab verməli olacaqlar. Bu baxımdan ortaq maraqlar mövcuddur və Pakistan Baş nazirinin görüşlərdə vasitəçilik etməsinin arxasında da məhz bu səbəb dayanır".

 

Politoloq qeyd edib ki, İran artan təzyiqlər fonunda yeni diplomatik əlaqə kanalları axtarır:

 

"İran hazırda yeni diplomatik və əlaqə kanalları axtarışındadır. Çünki görünən odur ki, Tramp məsələni tam yekunlaşdırmaq qərarı verib. Yeni hərbi əməliyyatların rejim tam çökənə qədər davam edəcəyi düşünülür. Yəni əvvəlkindən fərqli olaraq, Amerika Birləşmiş Ştatları artıq bu prosesi gələcəyə saxlamaq istəmir. Bu mənada, yeni kanalların axtarılmasına İranın böyük ehtiyacı yaranıb".

 

Aydan Əsgərxanlı

 

#yeni #baki #i̇ran-pakistan #azərbaycan #axtarışı
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər