İran və Pakistan XİN başçıları regiondakı son hadisələri müzakirə edib
İranın xarici işlər naziri Abbas Əraqçi ilə Pakistanın XİN başçısı Məhəmməd İshak Dar Nyu-Yorkda BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində regionda baş verən son hadisələri müzakirə ediblər.
"İnformator.az" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi bildirib.
Məlumata görə, nazirlər ikitərəfli münasibətin inkişafına dair məsələlərdən də danışıblar.
Pakistan ABŞ və İran arasında vasitəçi rolunda çıxış edərək bölgədə təhlükəsizliyin güclənməsi üzrə addımlar atır.