00:00:00
Yazar
Admin User
01.12.2025 08:20 99 1 dəq oxuma
Hadisə

İrandan Azərbaycana 21 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana 21 kiloqramdan çox narkotik keçirilməsinin qarşısı alınıb

İrandan Azərbaycana külli miqdarda narkotik vasitənin keçirilməsinin qarşısı alınıb.

 

“İnformator.az” xəbər verir, bu barədə Dövlət Sərhəd Xidmətindən (DSX) məlumat verilib.

 

Belə ki, DSX-nin Sərhəd Qoşunları Komandanlığının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində külli miqdarda narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 21 kiloqram 745 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

 

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər