00:00:00
Yazar
Admin User
15.04.2025 06:45 288 1 dəq oxuma
Hadisə

İraqda qum fırtınası, 700 nəfər xəstəxanaya müraciət etdi

İraqda qum fırtınası, 700 nəfər xəstəxanaya müraciət etdi

İraqda 1800-dən çox insan hazırda ölkədə müşahidə edilən qum fırtınasının təsirinə məruz qalıb. 

 

“İnformator.az" “Asharq Al-Awsat” qəzetinə istinadən xəbər verir ki, onlar arasında uşaqlar da var.

 

Ölkənin Səhiyyə Nazirliyinin məlumatına görə, 700-dən çox insan boğulma simptomları ilə xəstəxanalara müraciət edib. 

 

Bununla yanaşı, təbii fəlakət Nəcəf və Basra hava limanlarının işində də problemlər yaradıb. 

 

Qum fırtınası səbəbindən hazırda görünüş məsafəsi bir kilometrdən daha az təşkil edir.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər