00:00:00
Yazar
Admin User
09.04.2015 07:06 318 1 dəq oxuma
Sosial

İrimiqyaslı əməliyyat-taktiki təlimləri keçirilir

Müdafiə nazirliyinin rəhbərliyi silah-sursatın və döyüş texnikalarının gecə təlimlərində iştirakı və ümumi hazırlıq üzrə görülən işlərin keyfiyyəti ilə maraqlanıblar.
İrimiqyaslı əməliyyat-taktiki təlimləri keçirilir

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırığına əsasən təlimlər keçirilən bölgədə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov səhra şəraitində yerləşdirilən hərbi hissələrin və texnikanın vəziyyəti ilə tanış olub və onların hazırlıq səviyyəsini yoxlayıb.

Müdafiə Nazirliyindən İnformator-a verilən məlumata görə, Müdafiə nazirliyinin rəhbərliyi poliqonda yaradılmış müxtəlif təlim nöqtələrinə baş çəkərək şəxsi heyətin, silah-sursatın və döyüş texnikalarının gecə təlimlərində iştirakı və ümumi hazırlıq üzrə görülən işlərin keyfiyyəti ilə maraqlanıblar.

Təlimlər davam edir.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər