İrəvan və Ankara üçün geri sayım başlayıb
Ermənistanla sərhəddəki “Əlican” (Alican) keçid məntəqəsinin açılışına geri sayım başlayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə “Yaşıl İğdır qəzeti”məlumat yayıb.
Məlumata görə, Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması prosesində ən vacib körpülərdən birinə çevriləcək “Əlican” sərhəd-keçid məntəqəsinin açılışına hazırlıqlar sürətlənib.
