00:00:00
Yazar
Admin User
01.09.2025 07:18 139 1 dəq oxuma
Hadisə

İşgəncə verildiyi iddia edilən azyaşlı barədə araşdırma aparılır

İşgəncə verildiyi iddia edilən azyaşlı barədə araşdırma aparılır

Bakıda valideynlərini itirən uşağın qohumları tərəfindən ağır işgəncələrə məruz qaldığı barədə iddialar var.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova məlumat verib.

 

O bildirib ki, 14 yaşlı oğlan xalası tərəfindən ağır işgəncələrə məruz qalıb:

 

"Oğlan atasını və anasını itirib. Xalası onu saxlayırmış. Qəyyumdur, ya yox - bilmirik. Elə uşağa da işgəncəni o verib. Hazırda polis əməkdaşları işi nəzarətə götürüblər. Uşaq bizdə deyil, polis əməkdaşları onun götürülməsi üçün işə başlayıblar. 14 yaşında olduğu üçün bizim sığınacağa yerləşdirilməyəcək".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər