İŞİD Çexiyadan tranzit ölkə kimi istifadə edir
Çexiya Təhlükəsizlik məlumat xidməti ölkədə İŞİD-lə həmrəy ideologiyanın mövcud olduğunu müəyyən edib.
Çexiya Təhlükəsizlik məlumat xidməti ölkədə İŞİD-lə həmrəy ideologiyanın mövcud olduğunu müəyyən edib.
“Çexiya respublikası hazırda İŞİD-ə cəlb edilmiş insanlar üçün ibtidai tranzit ölkədir. Qeydə alınıb ki, onlar Praqada Vaklav Havel hava limanını başqa ölkələrə getmək üçün istifadə edir. Bəziləri isə Çexiyada qalır. Bəzi insanlar burada saxlanılıb və vətəndaşı olduğu ölkələrə həbs edilmək üçün göndəriliblər”, - rəsmi təhlükəsizlik hesabatında deyilir.
Eyni zamanda qeyd edilib ki, bu halların əksəriyyəti sosial şəbəkələrdə qeydə alınıb.
