İsmayıllı və Sabirabadda ot tayası yanıb
Vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 tonluq ot tayası yanıb.
İsmayıllı rayonu, Kəlbənd kəndində vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 tonluq ot tayası yanıb.
İnformator FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.
Yanğın saat 02:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Digər bir yanğın hadisəsi Sabirabad rayonu, Nərimankənd kəndində baş verib.Vətəndaşa məxsus həyətyanı sahəyə yığılmış 6 ton ot bağlamasının 3 tonu yanıb. Ot bağlamasının qalan hissəsi və yaxınlıqdakı tövlə yanğından mühafizə olunub.
Yanğın saat 00:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
