İsmayıllıda ev yanıb
Ümumi sahəsi 121 kv.m olan birmərtəbəli evdə yanğın olub.
Ümumi sahəsi 121 kv.m olan birmərtəbəli evdə yanğın olub.
İnfformator Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, İsmayıllı rayonu, Ruşan kəndində vətəndaşa məxsus ümumi sahəsi 121 kv.m olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin bir otağının tavanı 1 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 06:32-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
