İspaniya və Portuqaliyada meşə yanğınları
Alimlər xəbərdarlıq edirlər ki, Avropadakı yanğınlar resursların tükənməsinə səbəb olur. Yeni araşdırmada qeyd olunur ki, iqlim dəyişikliyi bu yay Portuqaliya və İspaniyada baş verən ölümcül meşə yanğınlarına gətirib çıxaran hava şəraitinin yaranma ehtimalını təxminən 40 dəfə artırıb.
Pireney yarımadasında yanğınlar iyulun sonunda başlayıb. Havanın 40 °C-dən yüksək temperaturu və güclü küləklər səbəbindən alov çox sürətlə yayılıb. Bu yanğınların məhv etdiyi ərazilərin miqyası artıq İspaniya və Portuqaliyanın hər yerində rekord göstəriciləri keçib.
World Weather Attribution (WWA) təşkilatının apardığı yeni operativ elmi təhlil göstərib ki, isti, quraq və küləkli hava şəraiti insan fəaliyyəti nəticəsində baş verən iqlim dəyişikliyi səbəbindən həm daha ehtimallı, həm də daha intensiv olub.
Euronews
Fatimə Heydərova
