İspaniyada türklərin otağından 200 minlik saat oğurlanıb
Bir neçə gün öncə DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən İspaniya – Türkiyə (2:2) oyunu zamanı qonaq komandanın paltardərişmə otağından 200 min avro dəyərində saat və 60 min avroluq 2 üzük oğurlanıb.
“İnformator.az” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Bildirilib ki, İspaniya polisi tərəfindən oğru saxlanılıb və əşyalar sahiblərinə qaytarılıb.
Qeyd edək ki, əşyaların kimlərə məxsus olduğu açıqlanmayıb. Xatırladaq ki, komandalar arasında keçirilən ilk oyunda Türkiyədə ispan futbolçu Lamin Yamal pasportunu itirib.
