İsrail Qəzzada xəstəxananı bombalayıb:ölənlər var
İsrail Hərbi Hava Qüvvələri Qəzza şəhərinin bir neçə rayonuna zərbələr endirməyə başlayıb.
"İnformator.az"xəbər verir ki, bu barədə “Əl Cəzirə” məlumat yayıb.
Bildirilib ki, zərbələrdən biri “Əş-Şəfa” tibb mərkəzinə endirilib.
Bundan əlavə, Əş-Şati qaçqın düşərgəsinin də bombalandığı deyilir.
İtkilər barədə informasiya verilmir.
Qeyd edək ki, bundan öncə İsrail Baş naziri Benyamin Netanyahi Qəzzaya təcili zərbələr endirilməsi barədə əmr verib.
İsrailin Qəzzaya endirdiyi zərbələr nəticəsində iki nəfər ölüb, bir neçə nəfər yaralanıb.
Bu barədə “Əl-Əksa TV” məlumat yayıb.
