00:00:00
Yazar
Admin User
25.12.2025 17:42 80 3 dəq oxuma
Dünya

İsrail silah asılılığını azaltmaq üçün 110 milyard dollar xərcləyəcək

İsrail silah asılılığını azaltmaq üçün 110 milyard dollar xərcləyəcək

“Biz müstəqil olaraq silahlarımızı özümüz təmin etməklə yanaşı lazımi təchizatı da əldə edəcək. Bilmirəm hansısa ölkə bu sahədə tamamilə müstəqil ola bilər, ya yox. Amma biz çalışacağıq ki, silahlarımız mümkün olduğu qədər İsraildə istehsal olunsun” Netanyahu vurğulayıb.

 

Mövzu ilə bağlı siyasi şərhçi Aydın Quliyev "İnformator.az"a açıqlamasında bildirib ki, İsrailin silah istehsalını artırması, yalnız onun müdafiə qabiliyyətinin gücləndirilməsi deyil, eyni zamanda beynəlxalq silah bazarında mövqelərini genişləndirmək məqsədi daşıyır:

 

"1947-ci ildən bu günə qədər İsrail daim özünün hərbi gücünü və potensialını artırmağa çalışıb. Beynəlxalq yəhudi lobbisi və başda ABŞ olmaqla bir sıra ölkələr həmişə İsrailin hərbi büdcəsinin formalaşmasına dəstək veriblər. Təsadüfi deyil ki, əgər 1948-ci ildə ilk İsrail-Ərəb müharibəsində İsrail ciddi məğlubiyyətə uğrayıbsa, cəmi bir neçə ildən sonra artıq İsrail Ərəb ölkələrinə, Suriyaya, Misirə, İordaniyaya həlledici zərbələr vuracaq gücə çatıb. Hətta İsrailin kəşfiyyat orqanları Suriyadan oğurlanmış sovet istehsalı qırıcı təyyarəni ABŞ-yə apararaq, bu ölkəyə ciddi informasiya üstünlüyü qazandırıb. Bu hadisə o dövrdə SSRİ üçün ciddi strateji zərbə olub. Bu baxımdan, İsrailin hərbi potensialını artırmaqla bağlı xəbərləri yalnız konkret dövrün şərtləri ilə deyil, eyni zamanda İsrailin davamlı siyasi-strateji yanaşması kimi qiymətləndirmək lazımdır. İsrail özünü daim düşmən mühitdə görür və bu, sülh və barış tam təmin olunana qədər davam edəcək. İsrailin silah istehsalını artırması, yalnız onun müdafiə qabiliyyətinin gücləndirilməsi deyil, eyni zamanda beynəlxalq silah bazarında mövqelərini genişləndirmək məqsədi daşıyır. İsrail, hərçənd ABŞ və Rusiya qədər dominant olmasa da, silah ixrac edən əsas ölkələrdən biridir. Onun hərbi sənayesi dövlət büdcəsinin formalaşmasında mühüm rol oynayır. Silah istehsalının artırılması isə həm iqtisadi, həm də siyasi güc baxımından İsrailin beynəlxalq mövqeyini daha da möhkəmləndirəcək".

 

İsrailin yeni hərbi eskalasiyası bölgədəki təhlükəsizlik balansına necə təsir göstərə biləcəyinə müsahib cavab verib:

 

"Əlbəttə, əgər bölgədə yalnız İsrail hərbi gücünü artıran yeganə dövlət olsaydı, bu zaman təhlükəsizlik balansının ciddi şəkildə pozulacağından narahatlıq doğa bilər. Xüsusilə nəzərə alınmalıdır ki, İsrail ərəb ölkələrinə, İrana və qismən də Türkiyəyə potensial təhlükə mənbəyi kimi baxır. Lakin real vəziyyət daha fərqlidir. İsraillə yanaşı, Türkiyə də öz hərbi gücünü ciddi şəkildə artırmaqdadır. İran da bu istiqamətdə addımlar atır və güclənməyə çalışır. Bu baxımdan, İsrailin təkbaşına hərbi gücünü artırması bölgədəki ümumi balansı ciddi şəkildə dəyişmir. Digər ölkələr də bu prosesi müşahidə edir və özlərini ehtiyatlı apararaq hərbi sahədə inkişaflarını davam etdirirlər. İsrailin yeni silahlanma mərhələsinə keçidi texnoloji inkişafla birbaşa əlaqəlidir. Hərbi sənaye əsasən mövcud texnologiyalar üzərində qurulur. Bu baxımdan, yeni silahların yaradılması, əslində, İsrailin texnologiya sahəsində atdığı addımların nəticəsidir. Demək daha doğru olar ki, əvvəlcə texnologiyanın inkişafı baş verir, sonra isə bu texnologiyalar əsasında yeni hərbi texnika və sistemlər hazırlanır. Bu səbəbdən, İsrailin hərbi istehsalatda yeni mərhələyə keçməsi o deməkdir ki, ölkədə artıq yeni nəsil hərbi texnologiyalar formalaşıb. Bu texnologiyaların mahiyyəti və gücü barədə isə yaxın gələcəkdə daha aydın mənzərə yaranacaq".

 

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər