İsrail Somalilandı tanıyan ilk ölkə olub
İsrailin Baş naziri Benyamin Netanyahu ölkəsinin Somalidən ayrılaraq birtərəfli şəkildə müstəqilliyini elan edən Somalilandı tanıdığını açıqlayıb.
İsrail bu ərazini rəsmi şəkildə tanıyan ilk ölkə olub. İsrail Baş nazirinin ofisinin yaydığı məlumata görə, Netanyahu İsrailin xarici işlər naziri Gideon Sa’ar və Somaliland lideri Məhəmməd Abdullahi qarşılıqlı bəyanat imzalayıblar. Tanıma qərarına Türkiyə, Misir və Cibutidən sərt reaksiya gəlib. Üç ölkənin xarici işlər nazirləri arasında keçirilmiş telefon danışığı ilə bağlı açıqlamanı Misir Xarici İşlər Nazirliyi verib. Açıqlamada deyilir: “Nazirlər İsrailin Somaliland bölgəsini tanımasını tamamilə rədd etdiklərini və qınadıqlarını ifadə ediblər. Somali dövlətinin birliyi, suverenliyi və ərazi bütövlüyünə tam dəstəklərini vurğulayıblar".
BBC NEWS
Səmayə Səftərova
